“Alyans üzvləri Ukraynanın motivlərini başa düşür və təzyiqi artırmağın zəruri olduğuna inanırlar”
“Bütün NATO liderləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliyinə endirdiyi zərbələri bəyənir və dəstəkləyir”. AYNA.AZ xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Prezident "Financial Times" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, “Alyans üzvləri Ukraynanın motivlərini başa düşür və təzyiqi artırmağın zəruri olduğuna inanırlar”.
Stubb həmçinin münaqişənin gərginləşməsi ehtimalı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, NATO müxtəlif ssenariləri nəzərdən keçirir. O Alyansın konkret planları ilə bağlı əlavə məlumat verməyib.
"Düşünürəm ki, bütün NATO liderləri Ukraynanın bunu niyə etdiyini başa düşürlər. Hamı inanır ki, təzyiqi artırmağa davam etməliyik", - deyə o bildirib.