İsveç kralı Azərbaycan Prezidentini təbrik edib

Siyasət

16.05.2020 - 15:14

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdədir 

 

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

Müəllif: Ayna.az