"Biz buna açıq olan ölkələrlə həbsxana sahəsinin icarəyə verilməsi imkanlarını araşdırırıq”
İsveç ölkədə həbsxana yerlərinin çatışmazlığı səbəbindən xaricdə həbsxana yerləri icarəyə götürmək fikrindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsveçin ədliyyə naziri Qunnar Stremmer deyib.
"Biz buna açıq olan ölkələrlə həbsxana sahəsinin icarəyə verilməsi imkanlarını araşdırırıq. Lakin bu barədə müzakirələr hələ də davam edir", nazir qeyd edib.
Lakin o, hansı ölkələrin nəzərdən keçirildiyini dəqiqləşdirməyib.
Medianın məlumatına görə, İsveç Estoniya ilə həbsxana sahəsinin icarəyə verilməsi imkanını müzakirə edir.