İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Xəbərlər

31.03.2025 - 19:23

Həkimlər Klinikalar SEO Xidməti

Penitensiar Xidmət vətəndaşlara xəbərdarlıq edib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Qeyd olunub ki, həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - deyə Xidmətin məlumatında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş