İstehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

İqtisadiyyat

08.05.2025 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Bu ilin 4 ayında 56 milyon manat ƏDV məbləği qaytarılıb

Cari ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 55 milyon 968 min manatdan çox olub.

Dövlət Vergi Xidmətindən AYNA.AZ-a bildirilib ki, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin fiziki şəxs olan istehlakçılara “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 10 milyon 742 min manatdan çox təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş