İstanbulda karantin qaydaları sərtləşdirilib

Dünya

11.01.2021 - 17:52

Yaşı 65-dən yuxarı, 20-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilib

 

Koronavirusa (COVID-19) qarşı qabaqlayıcı tədbirlər çərçivəsində türkiyənin İstanbul şəhərində yaşı 65-dən yuxarı, 20-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

 

Qeyd edilib ki, qadağa yanvarın 15-dən etibarən qüvvəyə minəcək. Ümumiyyətlə bu yaş qruplarına daxil olanların günün müəyyən saatlarında evdən çıxmalarına icazə verilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar