Hadisənin baş vermə səbəbləri barədə hələ ki məlumat yoxdur
İstanbulda süni dəri emalı fabrikində güclü partlayış olub. AYNA Türkiyə mediasına istinadən bildirir ki, əraziyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən briqadaları cəlb edilib.
İlkin məlumata əsasən, partlayış nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisənin baş vermə səbəbləri barədə hələ ki məlumat yoxdur.