İstanbula virtual tur: addım-addım, qarış-qarış tanıyaq - FOTOLAR

Maraqlı

11.07.2022 - 22:27

Bu əsrarəngiz şəhərə qonaq olmağın tam vaxtıdır

İstanbulda turist olmağın vaxtıdır! Təbii ki, bunun ilk addımı tarixi yarımadada keçiriləcək turdur. Şəhər əhalisinin getdikcə azaldığı bu dövrdə xarici turistlərlə Eminönüdə gəzmək, “Misir bazarı”nda alış-veriş etmək kimi maraqlı bir şey yoxdur.

İstəyirsinizsə, aşağıdan yuxarı marşrutla gedək və Eminönüdən tura başlayaq. Bayramın ikinci günündən etibarən bazarda dükanlar yavaş-yavaş açılmağa başlayır. İlk dayanacağımız Ədviyyat bazarında Cankurtaran Qidadır. Burada az miqdarda alış-veriş belə, ləzzət verir. Ən önəmli xüsusiyyəti hər bir məhsulu öz bölgəsindən gətirmələridir.

“Misir bazarı”nda başqa bir təklif - ucuzluq. Yeni və müasir adları ilə Hayfene Baharat. Beş nəsildir ədviyyat ticarəti ilə məşğul olan ailənin son üzvləri Əhməd Kadıoğlu və bacısı rəhbərlik edir. Bildiyiniz ən yaxşı ədviyyat növləri ilə yanaşı, dünyanın hər yerindən heç tanımadığınız insanlarla da burada tanış olmaq mümkündür.

Bütün bu alış-verişdən sonra düşünürəm ki, biz qəhvə fasiləsinə layiqik. Sonra “Misir bazarı”nın yan qapısından çıxın və düz Beta Hana gedin. Bu, Osmanlı İmperiyasında qəhvə ticarətinin başladığı ilk yerdir. Müxtəlif ölkələrdən gətirilən kofelərdən birini seçin, qəhvədən için və həzz alın. İstəyirsinizsə, Sirkəçi tərəfə keçməzdən əvvəl Hafız Mustafa 1864-də dayanıb yuxarı qalxa bilərsiniz.

Beta Handa qum üzərində qəhvə

156 illik tarixə malik olan yer çox əl dəyişsə də, indi çeşidləri artaraq keyfiyyətini qoruyub saxlayır. Xüsusilə kadayıf desertlərini tövsiyə edirəm. Sultanahmete getməzdən əvvəl açıq olanlar arasında təbii ki, kokoreç, küftə və pide restoran variantlarını nəzərdən keçirin.

Təkcə bölgənin deyil, şəhərin də ən yaxşıları olan “King Kokorec”, “Filibe Koftecisi”, “Hocapaşa Pidecisi” və “Dönerci Şahin Usta” zəmanətli dadla alternativləriniz arasındadır. Sultanahmeti gəzdikdən sonra qəşəng bir yerdə oturmaq istəyirsinizsə, düz “Cağaloğlu Hamamı”na gedin.

“Restoran 1741”

Hamamın üst mərtəbəsindəki günbəzlər arasında xidmət göstərən “Restoran 1741”-in terrasında həm ruhunuz, həm də mədəniz üçün faydalı bir imkan əldə edərsiniz.

Əgər bu turu əvvəllər etmisinizsə, gününüzü Avropa tərəfdən daha səmərəli keçirməyiniz üçün iki təklifim var - hər ikisi italyan mətbəxinə bağlıdır: birincisi, Qalatada yerləşən “Ecole St. II Cortile”dir ki, “Pierre Hotel” daxilində xidmət göstərir. Nəzərə alın ki, həyətdə oturmaq üçün əvvəlcədən rezervasiya tələb olunur. Pizza və makaronları yaxşıdır, qəlyanaltı kimi dada biləcəyiniz yer olaraq şəhərin ən yaxşısıdır.

Digər bir təklifi, bir neçə ay əvvəl “Six Senses Kocataş Mansions”da açılan, şəhərin ən yeni italyan mətbəxlərindən biri olan “Scalini”dir. Otelin ən gözəl yerlərindən biri olan bağçada xidmət göstərir. Beyoğlu Mədəniyyət Yolu Layihəsi münasibəti ilə uzun müddətdir diqqətdən kənarda qaldığımız Taksim haqqında daha çox eşitdik.

“Hocapaşa Pidecisi”

AKM-dən başlayaraq Qalataporta qədər davam edən marşrutda ənənəvidən yeni nəslə qədər çoxlu alternativlər var. İstəyirsinizsə, hamısında fasilə verib özünüzə xoş kofe turu hazırlaya bilərsiniz.

İlk seçimimiz AKM-dəki “Divan”dır. Havalı terrasda oturub ətrafdakı canlılığı seyr edərkən “Divan”ın ləzzətli şirniyyat məhsulları qəhvənizi müşayiət edə bilər.

AKM-dən ayrılıb İstiqlal küçəsi ilə gəzməyə başladığınız zaman, klassik qəhvə dedikdə ağlınıza ilk gələn təbii ki, “Mandabatmaz”dır. 1967-ci ildən bəri eyni qəhvə ləzzətini təqdim etmək özü bir uğurdur.

Yeni nəsil qəhvələrindən “Noir Pit”i tövsiyə edirəm. Bu kiçik mağaza keyfiyyəti sevən müştəri bazasına malikdir. Ən müasir üsullarla ən yaxşı qəhvə dənələrini dəmləyirlər. Şişhanedən Qalataporta çatmaq istəyirsinizsə, Baylanda ayaq saxlayın və soyuq qəhvə için.

Tanımadığınız bir istiqamətə kəşfə çıxın

Göktürk son illərin ən məşhur rayonlarından biridir. Burda o qədər yerlər var ki… Amma İstanbulun digər bölgələrində yaşayanlar, uzaq olduğuna görə buralara gəlməyə tənbəllik edirlər.

Bir neçə həftə əvvəl “Lezzetli Hayat” qəzetində şəhərin ən yaxşı suşi restoranı olaraq seçdiyimiz “Sushi Manga” mütləq getməli olduğunuz yerdir.

Öz qəhvəsini qovuran, öz dondurmasını hazırlayan “Yasemin & Tuncel”də yediyiniz və içdiyiniz hər şeydən çox razı qalacağınıza zəmanət verilir. Anadolu məmulatlarına və mətbəxinə böyük hakimlik edən aşpaz Muhsin Ertürk tərəfindən açılan “Lokanta Göktürk” mahalın vazkeçilməzlərindən biridir.

Bosniya mətbəxi ilə tanış olun

Xüsusən də Avropa tərəfində yaşayanlar, hətta, yalnız yay istirahəti məqsədi ilə digər tərəfə keçə bilərlər. Pendik sahilində gəzintiyə çıxın, marinanı dolaşın və sonra Sapanbağlarına gedin. İstər gedərkən, istərsə də geri qayıdarkən, Pendik bazarı ilə Sapanbağları arasında yerləşən “Başçarşı Börek Evi”nə ya gedərkən, ya da qayıdarkən baş çəkin. Buranı 90-cı illərdə İstanbula köçən bosniyalı bir ailənin qadınları açıb. Kartof, pendir və ispanaqlı üç növ xəmir var. Bir də sobada kiçik kürəciklər halında bişirilmiş Bosniya mantısı. Mantı içərisində sıra ilə qiymə istifadə edirlər.

Sapanbağlarında ilk işiniz “Eski Kasap”a (Köhnə Qəssab) girməkdir. Bu yer 1994-cü ildən Yuqoslaviya mühaciri Nur ailəsinə məxsusdur. Ata Nejat Nur oğullarını onunla böyüdüb. Anaları İffet Xanım da daxil olmaqla hamısı həmişə mağazada olur. Məşhur Bosniya quru əti üçün mal əti 10-15 gün duzlanır və 0-4 dərəcə istilikdə otaqlarda saxlanılır. Sonra qurutma otağına aparılır, vələs və palıd tüstüsündə bir qədər saxlanıır. Sifariş verən kimi incə dilimləyib qablaşdırırlar. Bütöv göbələkdən qalan hissələr, qarğıdalı, qurudulmuş lobya və bulqur plovuna hisli ləzzət vermək üçün kublara kəsilir və satılır.

Eyni küçədə bir neçə restoran alternativi var - qəssabın düz qarşısındakı “Balkanika” və yanındakı “Pink Panther”.

Ən məşhurlarından biri olan “Sandjak” indi Pendikdə daha müasir dekorasiya ilə xidmət göstərir. Onların bütün menyuları az-çox eynidir.

Qəssabdan çıxıb bir neçə addım irəlidə “Lipa”ya giririk. “Lipa” 38 ildir ki, eyni ailəyə məxsusdur. Hazırda İbrahim və Mehmet Türkoğlu rəhbərlik edirlər. Möhtəşəm ət, soka, hisə verilmiş ətdən hazırlanmış meyxana plovu və unudulmaz dad. Barmaq köftəsi bir qədər elastik, lakin yumşaqdır…

Müəllif: Ebru Erke

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli