"Facebook" şirkəti adını dəyişdirib

Maraqlı

29.10.2021 - 00:27

Şirkətin yeni loqosu mavi rəngdə sonsuzluq işarəsi olacaq

ABŞ-ın "Facebook" şirkəti adını "Meta" olaraq dəyişdirib. AYNA-nın məlumatına görə, bunu onlayn-təqdimat zamanı şirkətin banisi Mark Zukerberq deyib.

M.Zukerberq bildirib: "İndi bizim adımız "Meta"dır". O əlavə edib ki, rebrendinqə baxmayaraq, şirkətin missiyası insanları birləşdirmək olaraq qalır.

Onun sözlərinə görə, şirkətin yeni loqosu mavi rəngdə sonsuzluq işarəsi olacaq. M.Zukerberq qeyd edib ki, şirkətə məxsus olan sosial şəbəkələr və tətbiqlərin adları dəyişdirilməyəcək.

Müəllif: Ayna.az