Şahzadə Harri və Meqan Britaniyaya qayıdırlar

Maraqlı

20.08.2026 - 22:55

Onlar qərarları barədə III Çarlza məlumat veriblər

Şahzadə Harri və həyat yoldaşı Meqan ABŞ-da bir neçə il yaşadıqdan sonra Böyük Britaniyaya qayıdırlar. AYNA.AZ xəbər verir ki, bu barədə BBC və “Associated Press” də daxil olmaqla bir neçə media orqanı mənbələrə istinadən məlumat yayıb.

BBC-nin məlumatına görə, Harri və Meqan avqustun sonunda ABŞ-dan Böyük Britaniyaya qayıdacaq və London yaxınlığındakı şəxsi evdə məskunlaşacaqlar. Yeddi yaşlı Şahzadə Arçi və beş yaşlı Şahzadə Lilibet bu il üçün Britaniya məktəbinə qəbul ediliblər.

Kral III Çarlza bu qərar barədə ötən həftəsonu məlumat verilib.

Harri və Meqanın hazırda kral ailəsinin üzvləri kimi vəzifələrini bərpa etmək planları yoxdur. Lakin onlar Kaliforniyadakı evlərini və Portuqaliyadakı yay evlərini saxlayacaqlar.

Harri və Meqan kral ailəsinin üzvləri kimi vəzifələrindən imtina edərək altı ildən artıqdır ki, Kaliforniyaya köçüblər. Bundan sonra ailələri ilə münasibətləri pisləşib. “Netflix”də onların həyatı haqqında sənədli serialın yayımlanmasından sonra britaniyalıların əksəriyyəti şahzadə Harrinin kral titulunun əlindən alınmasının lehinə danışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş