Lukaşenkonun nəvəsi Viktoriyanın toyu olub

Maraqlı

01.08.2021 - 17:02

Məclisə 70-ə yaxın qonağın dəvət edildiyi vurğulanır

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun böyük nəvəsi Viktoriya evlənib. AYNA xarici mediaya istinadən bildirir ki, dövlət başçısı Viktoriya və seçdiyi bəyi toy günü münasibətilə təbrik edib. Prezident qeyd edib ki, yeni evlənənlər indi öz tarixlərini yazırlar.

 

Toyun qohumlar və ən yaxın insanların əhatəsində qeyd edildiyi, ümumilikdə restorana 70-ə yaxın qonağın dəvət edildiyi vurğulanır.

 

Viktoriya Lukaşenkonun Belarus Milli Olimpiya Komitəsinə rəhbərlik edən oğlu Viktorun böyük qızıdır.

 

Xatırladaq ki, Belarus liderinin üç oğlu və yeddi nəvəsi var.

 

Müəllif: Ayna.az