Koronavirus sürətlə yayılmaqda davam edir
İsraildə koronavirusa yoluxanların sayı 3 865-ə yüksəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, xəstələrin 12-si dünyasını dəyişib, 66 xəstənin vəziyyəti isə ağır olaraq qalır.
İsrail Səhiyyə Naziriliyindən verilən açıqlamada daha 249 nəfərdə Covid-19-un aşkarlandığı bildirilib.
Qeyd edək ki, İsraildə Covid-19 tədbirləri çərçivəsində bütün məktəblər bağlanıb, qapalı və açıq ərazilərdə 10-dan çox adamın toplaşması qadağan edilib. Martın 15-dən etibarən isə bazarlar, apteklər, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla, ölkədə bir çox ticarət müəssisəsinin bağlanmasına qərar verilib.