İsrail HƏMAS-dan cavab gözləyir

Dünya

14.02.2025 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Girovlar həftəsonu azad edilərsə, atəşkəsi təhdid edən böhranın həll olunacağı gözlənilir

İsrail Fələstinin radikal HƏMAS hərəkatının şənbə günü azad ediləcək üç girovun siyahısını təqdim edəcəyini gözləyir. AYNA xəbər verir ki, bu barədə İsrail rəsmisinə istinadən “The Jerusalem Post” məlumat yayıb.

Onun sözlərinə görə, hökumətin başçısı, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin bu siyahını İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barneaya göndərəcəyi gözlənilir.

Qəzet qeyd edir ki, girovlar həftəsonu azad edilərsə, atəşkəsi təhdid edən böhranın həll olunacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş