İspaniyada pandemiya qurbanlarının sayı azalır

Dünya

30.04.2020 - 15:24

 İspaniyada Covid-19 diaqnozlu 213 minə yaxın insan var 

 

İspaniyada son 24 saatda 268 nəfər koronavirusdan ölüb. AYNA xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat verib.

 

Məlumatda bildirilir ki, ötən gün ölüm sayı 453 nəfər olmuşdu. Ümumiyyətlə, son ölüm faktı ötən 6 həftədə ən aşağı göstəricidir.

 

Ümumilikdə, İspaniyada Covid-19 diaqnozlu 213 minə yaxın insan var, ölüm faktı isə 24 543 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş