İspaniyada koronavirusdan ölənlərin sayı sürətlə artır

Dünya

04.04.2020 - 00:14

İspaniyada koronavirusdan daha 932 nəfər ölüb

 

Bu rəqəm indiyə qədər olan ən böyük günlük göstəricidir. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkənin səhiyyə nazirliyi ölənlərin sayını İtaliyadakı səviyyəyə yaxınlaşdığını bəyan edib. Artıq ölkənin səhiyyə rəsmiləri virusla mübarizədə çarəsiz qaldıqları etiraf edirlər.


Gün ərzində İspaniyada yoluxanların sayı isə 2774 nəfər olub, ümumilikdə ölkədə 117 710 virus daşıyıcısı var. Yoluxma sayı dünya üzrə ABŞ-dan(245 601nəfər) sonra ikinci səviyyə sayılır.


Ölənlərin sayı isə 10 935 nəfərə çatıb.  Bu göstərici ilə dünya üzrə İtaliyadan(13 915 nəfər) sonra İspaniya ikinci yerdədir. 

 

Müəllif: Raminə Eyvazqızı