İspaniyada koronavirusa yoluxanların sayı 233 mini keçib

Dünya

22.05.2020 - 02:43

İspaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

İspaniyada 344 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

 

Bununla da COVID-19-a yoluxanların sayı 233 037 nəfərə çatıb.

 

Qeyd olunub ki, koronavirus səbəbilə ölən insanların sayı 48 nəfər artaraq 27 940-a çatıb.

 

Xatırladaq ki, İspaniyada fövqəladə vəziyyət rejiminin müddəti iyunun 7-dək uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş