Ölkədə epidemioloji vəziyyətlə bağlı mübahisələr var
İspaniya parlamenti martın ortalarından bəri davam edən karantin müddətinin daha iki həftə uzadılmasına qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə karantinin qaldırılacağı gözlənilirdi, lakin müddətin uzadılması uyğun bilinib. Gündəlik ölənlərin sayının azalması, ölkədə epidemioloji vəziyyət nəzərə alınaraq hələlik karantinin ləğvi ilə bağlı mübahisələr var.
İspaniya dünyada təsdiqlənmiş Covid-19-a yoluxma faktına görə ABŞ-dan sonra ən yüksək göstəricilərə sahibdir. Ölkədə 21 mindən çox insan virus səbəbindən həyatını itirib.
Ötən həftə ölkədə bəzi sənaye obyektlərinin işini bərpa etməsinə icazə verilib. Bu bazar günündən etibarən uşaqlara altı həftə ərzində ilk dəfə evlərini tərk etməyə icazə veriləcək.
Qeyd edək ki, Avstriya, Danimarka və Almaniya kimi digər Avropa ölkələri artıq karantin tədbirlərini yumşaltmağa başlayıb.