İspaniya sərhədlərini açır

Dünya

14.06.2020 - 15:16

Digər ölkələrlə sərhədlərin açılması isə həmin dövlətlərdəki epidemioloji vəziyyətə bağlıdır

 

İspaniya hökuməti iyunun 21-dən etibarən xüsusi karantin rejimini ləğv etmək, iyulun 14-dən isə Şengen ölkələrindən gələn turistlər üçün sərhədlərini açmaq haqqında qərar verib. AYNA xarici mətbuata istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən məhdudlaşdırılmış sərhədlər açılacaq.

 

“El Pais” nəşrinin yazdığına görə, Portuqaliya istisna olmaqla, Avropa Birliyinin bütün ölkələri üçün məhdudiyyətlər aradan qaldırılacaq.

 

Digər ölkələrlə sərhədlərin açılması barədə qərarlar isə həmin dövlətlərdəki epidemioloji vəziyyəti nəzərə alınaraq qəbul ediləcək.

 

Qeyd edək ki, İspaniya pandemiyadan ən çox zərər görən ölkələrdən biridir. Ölkədə koronavirus yayılmağa başlayandan bugünədək 243 min 600-dən çox yoluxma qeydə alınıb, 27 mindən çox infeksiya daşıyıcısı ölüb. Martın ortalarından etibarən İspaniyada xüsusi karantin rejimi tətbiq edildi ki, rejim iyunun 21-də başa çatacaq.

Müəllif: Ayna.az