Sançes İsrailin Qəzzadakı hərəkətlərini "kütləvi qətl" adlandırıb və dünya liderlərinin İsrailə təzyiqi artırmalı olduğunu deyib
İspaniya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin Qəzza zolağındakı hərəkətlərinə yenidən baxılmasını tələb edəcək. AYNA.AZ “El Pais”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes Ərəb Liqasının Bağdadda keçirilən sammitində deyib.
Qəzetin yazdığına görə, rəsmi Madrid məhkəmədən İsrailin Qəzzaya humanitar yardımın daxil olması ilə bağlı beynəlxalq öhdəliklərinə əməl edib-etmədiyini qiymətləndirməyi və İsrailin Qəzzadakı addımlarına görə məsuliyyəti barədə qərar çıxarmağı xahiş edəcək.
Sançes İsrailin Qəzzadakı hərəkətlərini "kütləvi qətl" adlandırıb və dünya liderlərinin İsrailə təzyiqi artırmalı olduğunu deyib. Onun sözlərinə görə, "müharibə qurbanlarının qəbuledilməz sayı" insanlıq prinsiplərinin pozulmasının nəticəsidir.