İsmayıllıda 10 ton çətənə kolu məhv edilib

Xəbərlər

04.08.2026 - 14:42

Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş