“İrəvanda növbəti çevriliş qaçılmazdır” - <font color=red> DEPUTAT</font>

Siyasət

07.09.2020 - 11:13

Zahid Oruc: “Erməni xalqı siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə məcbur edəcək”

 

“Ermənistanın daxilində bir neçə “Qarabağ cəbhəsi” açılanda, 12 iyul Tovuz hərbi cəbhəsində baş verən toqquşmalar 90-cı illərdən qalan işğal reallığını dəyişdirdi”. Bunu AYNA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, millət vəkili Zahid Oruc bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan əsgəri Ermənistanın daxilində bir neçə “Qarabağ ocağı” yaradanda, silahlı əməliyatların episentri dəyişəcək və düşmənin qüvvələri, resursları, tankı və topu bütün “təmas xətti” boyu səpələnəcək, erməni ordusu parçalanacaq.

Zahid Oruc daha bir yüksək VƏZİFƏYƏ SEÇİLDİ » Azerinfo.Az

“Gəlin unutmayaq ki, müstəqillik qazanandan sonra iki dövlət arasında sərhəd-delimitasiya xətti razılaşdırılmayıb. Çünki tərəflər arasında diplomatik tanımazlıq mövcuddur. Ona görə də Ermənistanın daxilində bir neçə “Qarabağ cəbhəsi” açılanda rəşədatli ordumuzun irəli gedib durduğu yerdən də sərhədlər çəkiləcək”, - deyə deputat vurğulayıb.

 

O, əlavə edib ki, işğal olunan əraziləri qaytarmaq üçün hərbi taktika və strategiya artıq dəyişib: “Qarşı tərəf azərbaycanlıların düşüncəsində inqilabi dəyişikliyin baş verdiyinin fərqindədir. Ermənistanın içində-Noyanberyan, ya Berd rayonlarında, yaxud elə Karçivan kəndində “Qarabağ anklavı” meydana gələndə ötən əsrdən pozulmuş hərbi-siyasi balans aradan qalxacaq və erməni xalqı siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə məcbur edəcək. Əks halda, İrəvanda növbəti çevriliş qaçılmazdır”.

Müəllif: Mərahim Nəsib