İraq hərbçiləri Türkiyəyə səfər ediblər

Dünya

30.07.2026 - 14:45

"Biz müasir döyüş meydanı üçün hazırladığımız texnologiyaları, eləcə də potensial əməkdaşlıq imkanlarını təhlil etdik"

Ankara və Bağdad müdafiə sənayesində, o cümlədən, Türkiyənin “Aselsan” şirkəti ilə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırırlar. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün İraq Silahlı Qüvvələrinin Baş Komandanı Ofisinin direktoru, general-mayor Abdullamir Kamil əş-Şəmmari ilə danışıqlardan sonra bildirib.

Görüş Ankaradakı Müdafiə Sənayesi İdarəsinin qərargahında İraq nümayəndə heyətinin iştirakı ilə keçirilib.

Görgünün sözlərinə görə, tərəflər Türkiyə ilə İraq arasında müdafiə sənayesində potensial əməkdaşlıq sahələrini müzakirə ediblər. O, həmçinin əş-Şəmmariyə və onu müşayiət edən nümayəndə heyətinə səfər üçün təşəkkür edib.

Səfər çərçivəsində İraq nümayəndə heyəti Türkiyənin müdafiə şirkəti “Aselsan”ın istehsal müəssisələrini gəzib.

Şirkətin baş direktoru Əhməd Akyol bildirib ki, nümayəndə heyətlərinə müasir döyüş meydanı üçün hazırlanmış “Aselsan” texnologiyaları təqdim edilib.

Akyol bildirib: "Biz müasir döyüş meydanı üçün hazırladığımız texnologiyaları, eləcə də potensial əməkdaşlıq imkanlarını təhlil etdik".

O, vurğulayıb ki, “Aselsan” beynəlxalq bazarda müdafiə həllərinin etibarlı təchizatçısı olmağa davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş