İranla sərhəd xətti minalardan təmizlənir

Xəbərlər

27.01.2021 - 11:34

80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib

 

Azərbaycanın İran ilə dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətindən (DSX) AYNA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

 

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığına 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

Müəllif: Ayna.az