Yanğının səbəbi barədə isə hələlik rəsmi məlumat verilməyib
İranın hərbi gəmisi Fars körfəzində qəfildən alovlanıb və böyük yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, gəminin bütün heyəti təyyarə vasitəsilə salamat çıxarılıb. Yanğının səbəbi barədə isə hələlik rəsmi məlumat verilməyib.
Yaxınlıqdakı Djask limanından bildirilib ki, gəmi təlim missiyasını həyata keçirirmiş. Sözügedən limanın yanğınsöndürənləri yanan gəmini söndürüblər.