Nümayişçilər hökuməti xalqa verilən vədlərə əməl etməməkdə ittiham ediblər
Gürcüstanın paytaxtı Tiflis şəhərində minlərlə insan hakim Gürcü Arzusu Partiyasına qarşı etirazlara start verib.
AYNA xəbər verir ki, nümayişçilər hökuməti xalqa verilən vədlərə əməl etməməkdə ittiham ediblər.
Aksiyada iştirak edən müxalifət partiyalarının rəhbərləri də parlamenti boykot etdiklərini açıqlayıblar.
Müxalifət liderlərinin açıqlamasında bildirilib ki, parlamentin işinə mane olmaq üçün parlament binası qarşısında məclis mühasirəyə alınacaq.
Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili mövzu ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında, ümumi sistemə deyil, nisbi təmsil sisteminə görə, 2020-ci ildə ümumi seçkilərin keçirilməsini qərara alıb.