İranda zəlzələ olub

Dünya

08.05.2020 - 03:54

Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib

 

İranın Tehran və Mazandaran əyalətlərində 5,1 maqnitudada zəlzələ olub.

 

Bu barədə AYNA “Fars” agentliyinə istinadən xəbər verir.

 

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az