İranda yenidən koronavirusa yoluxma artdı

Dünya

01.06.2020 - 16:49

Son bir gündə 2 min 979 yeni xəstə müəyyən edilib

 

İranda yenidən koronavirusa yoluxma sayında artım qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Qianuş Cahanpur açıqlayıb.

 

Cahanpur COVID-19-da artım olduğunu bildirib: “Son bir gündə 2 min 979 yeni xəstə müəyyən edildi. Xəstələrin ümumi sayı 154 min 445 nəfərə çatdı. 121 min 4 nəfər sağalıb”.

 

Onun sözlərinə görə, son 24 saat ərzində 81 nəfər ölüb ki, bu da əvvəlki günlərlə müqayisədə artımdır.

 

Qeyd edək ki, pandemiya dövründə İranda ümumilikdə 8 min 878 nəfər vəfat edib.

Müəllif: Ayna.az