İranda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Dünya

11.11.2019 - 23:09

İranın Daxili İşlər naziri parlament seçkilərinin vaxtını açıqlayıb 

 

İranda növbəti parlament seçkiləri 2020-ci ilin fevralın 21-də keçiriləcək.

 

AYNA xəbər verir ki, bunu açıqlamasında ölkənin Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

 

O, dekabrın 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacağını bildirib.

 

Qeyd edək ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.

 

Müəllif: Ayna.az