İranda koronavirusla bağlı son vəziyyət

Dünya

16.07.2020 - 20:40

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

İranda son sutka ərzində daha 2 500 nəfərdə koronavirus aşkarlanıb, 198 pasiyent vəfat edib.

 

AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

 

Bununla da ölkədə xəstələnənlərin sayı 267 061-ə, virus qurbanlarının sayı isə 13 608-ə yüksəlib.

 

Bundan əlavə, indiyədək 230 608 nəfər sağalıb. Ölkədə 22 845 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 471-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az