Ağır yaralanan 9 nəfər xəstəxanaya yerləşdirilib
İranın İsfahan şəhərində kimyəvi zavodların birində partlayış baş verib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Məlumata görə, partlayış nəticəsində ağır yaralanan 9 nəfər xəstəxanaya yerləşdirilib.
İsfahan şəhərinin təcili tibbi yardım idarəsinin həkimi Abbas Əbdi bildirib ki, yaralananların bədənləri müxtəlif dərəcədə yanıb. Yanğın söndürülüb. Araşdırma aparılır.