İranda etiraz aksiyasında atəş açıldı: etirazçılardan biri ölüb

Dünya

17.07.2021 - 23:04

Xuzistan əyalətində su qıtlığı ilə əlaqədar etiraz aksiyaları başlayıb

 

İranın Xuzistan əyalətində su qıtlığı ilə əlaqədar etiraz aksiyaları başlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bildirilir ki, su çatışmazlığına səbəb Harun çayının dayazlaşmasıdır.

 

Etirazları təşkil edən yerli sakinlər insanların aksiyalara qoşulması üçün üçün havaya atəş açıblar. Bu zaman güllələrdən biri meydandakı şəxslərdən birinə dəyib və o, yerindəcə keçinib.

 

Aksiyaçılar yolları bağlamaq üçün təkərlər də yandırıblar.

 

İranın təhlükəsizlik qüvvələri isə atəş səsləri altında izdihamı dağıtmağa çalışıb.

Müəllif: Ayna.az