İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb
İranda ötən sutka ərzində 173 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
AYNA xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 122 370 nəfərə çatıb.
İranda ötən sutka ərzində 7654 nəfər COVID-19-a yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 5 691 634 nəfərə çatıb.