Səfirliyin “Twitter” hesabında paylaşım edilib
İranın Azərbaycandakı səfirliyi xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.
“İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 kilometrlik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir”, - deyə səfirlikdən bildirilib.