İran səfiri Ter-Petrosyanın iqamətgahına gedib

Dünya

14.02.2025 - 08:55

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın sabiq Prezidenti Mehdi Sübhani ilə görüşüb

Fevralın 13-də Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, təxminən saat yarım davam edən söhbət zamanı tərəflər Ermənistan-İran münasibətlərinin hazırkı vəziyyətini və onların dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

“Sabiq Prezident səfirin bu yaxınlarda keçirdiyi son dərəcə məlumatlandırıcı mətbuat konfransına heyran olduğunu bildirib”, - Musinyan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş