İran da əvvələ qayıdır

Dünya

16.06.2020 - 17:31

Ölkədə koronavirusa yoluxan və ölənlərin sayı artıb

 

İranda son 24 saat ərzində 115 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə virusdan ölənlərin sayı 9065-ə çatıb. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda, son sutka ərzində 2 min 563 nəfərdə virus aşkarlanıb və ümumi yoluxanların sayının 192 min 439-a çatdığı vurğulanıb.

 

Qeyd edək ki, İranda ictimai nəqliyyat vasitələrinin az olmasına görə, mərkəzi küçələrdə izdiham nümayiş olunur və insanların sosial məsafə qaydalarına əməl etmədikləri görünür. Maraqlıdır ki, ölkədə pandemiyanın təsiri azaldıqdan sonra yoluxanların sayı yenidən artmağa başlayıb. Buna səbəb olaraq isə məhdudiyyətlərin aradan qaldırılması və gigiyenik qaydalara riayət edilməməsi göstərilir.

Müəllif: Ayna.az