“Müqavilənin şərtlərinə tam və effektiv şəkildə əməl edin”
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Tehranın nüvə sazişindəki öhdəliklərini azaltmaq üçün atdığı addımları tənqid edən Avropa İttifaqına (Aİ) cavab verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Zərif, ABŞ-ın razılaşmadan çıxmasından sonra, Aİ-nin heç bir öhdəliyi yerinə yetirmədiyini söyləyib.
Aİ-ni verdiyi öhdəliklərə sadiq qalmamaqda ittiham edən Zərif, İttifaqı müqavilənin şərtlərinə tam və effektiv şəkildə əməl etməyə çağırıb.
Qeyd edək ki, ABŞ nüvə sazişinə dair öhdəliklərini yerinə yetirmədiyi üçün, rəsmi Tehran uran zənginləşdirilməsini davam etdirməyə qərar verib.