İran ABŞ-la danışıqların beşinci raundu ilə bağlı təklif alıb

Dünya

20.05.2025 - 14:31

cedabet dərman SEO Xidməti

“Biz hazırda nəzərdən keçirilən İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu üçün təklif almışıq”

Tehran İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ-la danışıqların beşinci raundunun vaxtı və yeri ilə bağlı təklif alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bnu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Biz hazırda nəzərdən keçirilən İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu üçün təklif almışıq”, - deyə qeyd edib.

XİN rəsmisi təklif olunan danışıqların məzmunu və vaxtı barədə dəqiq məlumat verməyib.

Qeyd edək ki, İran-Amerika danışıqlarının dördüncü raundu İtaliya və Omanda keçirilib. Danışıqları İran tərəfdən xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfdən isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş