Cavad Oruci: “Sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir”
İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu, ölkənin dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib.
İranın yeni neft naziri Cavad Oruci deyib ki, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir.
“İqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahəsinə sərmayə yatırılmasına da imkan vermir. Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər. Hətta Almaniya və digər Avropa dövlətləri ilə İran arasında müqavilələr də imzalanıb. Lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir”, - deyə nazir vurğulayıb.