İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu

Dünya

11.10.2021 - 14:36

Mükafat Devid Kard, Coşua Anqrist və Qvido İmbensin arasında bölünüb

Bu gün 2021-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Mükafat kanadalı iqtisadçı Devid Kardla, İsrail-Amerika iqtisadçısı Coşua Anqristə və Danimarka-Amerika iqtisadçısı Qvido İmbensin arasında bölünüb.

David Kard “əmək iqtisadiyyatına empirik töhfələrinə görə”, Anqrist və İmbens isə “səbəb-nəticə əlaqələrinin analizinə metodiki töhfələrinə görə” mükafata layiq görülüblər.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar