İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTOLAR

Xəbərlər

30.05.2025 - 18:56

cedabet dərman SEO Xidməti

İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb

İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə AYNA.AZ-a Nazirlər Kabinetindən məlumat verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib.

Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

İqtisadi Şuranın növbəti iclası keçirilib - İqtisadi Şuranın növbəti iclası keçirilib - İqtisadi Şuranın növbəti iclası keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş