İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

Siyasət

27.05.2021 - 18:20

Həkimlər Klinikalar SEO Xidməti

II Abdullah ibn Al Hüseyn: "Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram"

 

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri.

 

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

 

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş