Dəstənin İstanbul şəhərində yaşayan başçıları da tutulub
Daxili İşlər Nazirliyin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn şəkildə narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.
AYNA-ya DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla, ümumilikdə 27 nəfər şəxs həbs edilib.
Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib.
Şəbəkə üzvlərinin törətdikləri cinayətlər haqqında ətraflı məlumat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mətbuat xidmətinin əməkdaşlarının real əməliyyat görüntüləri əsasında birgə hazırladıqları videomaterialda qeyd olunub.