İntensiv yağış yağacaq, güclü külək əsəcək - <font color=red> XƏBƏRDARLIQ</font>

Cəmiyyət

19.02.2021 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

 

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş