Problemlə əsasən ABŞ-dan olan istifadəçilər qarşılaşıb
Dünyanın bir sıra ölkələrində istifadəçilər "Instagram" sosial şəbəkəsinin işində nasazlıqlardan şikayət edirlər.
AYNA xəbər verir ki, bu barədə məşhur internet resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.
Sosial şəbəkənin işində nasazlıq təxminən Bakı vaxtı ilə saat 23:34-də olub. Sosial şəbəkədəki problemlərdən əsasən ABŞ-dan olan istifadəçilər bildirirlər. Eyni zamanda Böyük Britaniya, Almaniya, Polşa, Rusiya və başqa ölkələrdə də instaqramda nasazlıqlar mövcuddur.