“İnsanlara azadlıq vermək, rayonlara gediş-gəlişi bərpa etmək lazımdır”

Cəmiyyət

17.06.2020 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Psixoloq: “Bu dəfə də həftəsonu evə qapanma qərarı verilərsə, cəmiyyətdə aqressiya yüksələcək”

 

Son iki həftə ərzində Operativ Qərargahın həftəsonları sərt karantin tədbirlərina start verməsi insanlar arasında narazılıq yaradıb. Məsələn, birinci sərt karantin dövründə polislə vətəndaşlar arasında yaranan qarşıdurma, ikinci sərt karantin dövründə rayonlararası postlarda özünü biruzə verdi. Belə ki, rayonlara getmək istəyən vətəndaşların postlardan geri qaytarılması, digərlərinin isə postlarda saatlarla gözlədilməsi gərginliyi artırıb.

 

Bəzi müşahidəçilərin fikrincə, həftəsonları elan olunan sərt karantin rejimi insanları daha da qıcıqlandırır - həm psixoloji problemləri artırır, həm də bioloji xəstəliklərə yol açır. Bir sözlə, zərəri xeyrindən daha çoxdur. Buna baxmayaraq, bu həftəsonları üçün də sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı ehtimallar var.

 

Maraqlıdır, həftəsonları tətbiq edilən karantin rejimi, aqressiyanın onsuz da artdığı bir zamanda nəyə xidmət edir? Hökumət paytaxtda sosial məsafənin qorunmasını istəyirsə, rayonlara üz tutan vətəndaşlar postlardan niyə geri qaytarılır? Olmazmı ki, əksinə, insanlara paytaxtdan uzaq tutmaq üçün rayonların qapılarını açsınlar?

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş