İmtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır

Xəbərlər

23.04.2021 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də respublikanın bir şəhər və doqquz rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

DİM-dən AYNA-ya bildirilib ki, aprelin 23-dən etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş