İmamoğlu CHP-dən istefa verib

Dünya

13.08.2026 - 12:21

“17 illik üzvlükdən sonra CHP-dən ayrılıram”

Həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 17 il üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.

AYNA.AZ "Haber Global"a istinadən bildirir ki, bu barədə İmamoğlu özü açıqlama verib.

O, "yeni bir yol" axtarmaq niyyətində olduğunu bildirib.

"17 illik üzvlükdən sonra CHP-dən ayrılıram. Bu qərar ölkəmizin gələcəyi ilə bağlı inandığım dəyərlərin və xalqımız qarşısında daşıdığım məsuliyyətin nəticəsidir", - İmamoğlu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş