İlham Əliyev Yaponiyanın yeni Baş Nazirini təbrik edib

Xəbərlər

17.09.2020 - 11:09

cedabet dərman SEO Xidməti

Prezident: “Əməkdaşlığımızın davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”

 

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə Yoşihide Suqaya təbrik məktubu göndərib.

 

AYNA-nın xəbərinə görə, məktubda deyilir: “Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”.

 

Dövlət başçısı yeni Baş Nazirə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş