İlham Əliyev britaniyalı deputatı qəbul edib

Xəbərlər

10.11.2021 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

AYNA xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilib.

Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş