İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb - FOTO

Dünya

13.03.2025 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

Jelka Tsviyanoviç COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.

Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı, COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş